...

Heydər Əliyev Fondu qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə hədiyyələr verib

Cəmiyyət Materials 14 Sentyabr 2012 17:58 (UTC +04:00)
"Təhsilə dəstək" layihəsi çərçivəsində 2004-cü ildən başlayaraq Heydər Əliyev Fondu tərəfindən dərs ilinin əvvəlində qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və dərs ləvazimatının paylanması artıq ənənəyə çevrilib.
Heydər Əliyev Fondu qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə hədiyyələr verib

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

"Təhsilə dəstək" layihəsi çərçivəsində 2004-cü ildən başlayaraq Heydər Əliyev Fondu tərəfindən dərs ilinin əvvəlində qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və dərs ləvazimatının paylanması artıq ənənəyə çevrilib.

"2012-2013-cü dərs ili ərəfəsində Heydər Əliyev Fondunun həyata keçirdiyi aksiya qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini çanta və dərs ləvazimatı ilə təmin edəcək", - Fonddan Trend-ə daxil olan məlumatda deyilir.

Bu məqsədlə hazırlanmış 15 min çanta artıq məktəblərə paylanılıb. Məktəb həyatına Fondun töhfəsi ilə başlayan birinci sinif şagirdlərinə təqdim olunan çantaya 15 adda dərs ləvazimatı - fənn dəftərləri, üç adda albom, rəngli karandaşlar, plastilin, boya, qayçı, qələm və s. qoyulub.

Ötən illərdə Fond qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdləri ilə yanaşı, xaricdə yaşayan soydaşlarımıza da öz töhfəsini göndərib.

2008-2009-cu dərs ilində həyata keçirilən aksiya isə bütün ölkə üzrə nəzərdə tutulduğundan birincilərə paylanan çantaların sayı 130 minə bərabər olub.

Xəbər lenti

Xəbər lenti