...

Azərbaycan meteoroloqları sabaha qısamüddətli yağış proqnozlaşdırırlar

Cəmiyyət Materials 22 Oktyabr 2012 12:54 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycan meteoroloqları sabaha qısamüddətli yağış proqnozlaşdırırlar

Azərbaycan, Bakı, 22 oktyabr / Trend müxbir M.Əliyev/

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Paytaxtda və yarımadada mülayim şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 15-18, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-12, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.

Oktyabr ayı üçün komfort temperatur şəraiti, normaya yaxın atmosfer fonunda zəif küləklərin üstünlüyü və digər biometeoroloji amillərin kompleks şəklində müsbət təsiri meteohəssas insanlar üçün əlverişlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti