...

Türkiyədə "Metsamor" AES-in bağlanması tələbi ilə imzaların toplanmasına başlanıb

Cəmiyyət Materials 2 Noyabr 2012 09:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr / Trend, müxbir A.Tağıyeva /

Türkiyənin İğdır şəhərində Ermənistandakı "Metsamor" atom elektrik stansiyasının bağlanması tələbi ilə imza toplanması kampaniyasına başlanılıb. AES 40 ildən artıqdır fəaliyyət göstərir və region üçün təhlükədir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Polis Haber" saytı xəbər verir.

İmza toplanması aksiyasını Türkiyə Azərbaycan Cəmiyyəti təşkil edib. Vaşinqtonun AES-in daha 10 il fəaliyyət göstərməsi üçün Ermənistana icazə verməsi barədə qərarına yenidən baxması üçün toplanan imzalar ABŞ-ın Ankaradakı səfirliyinə göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti