...

"Qiyamət günü" Bakının orta məktəblərində vəziyyət necədir?

Cəmiyyət Materials 21 Dekabr 2012 10:38 (UTC +04:00)
Dekabrın 21-də Bakının bütün orta məktəblərində dərslər davam edir və bəzi məktəblərdə dərslərin ləğv olunmasına dair yayılan məlumatlar əsassızdır.
"Qiyamət günü" Bakının orta məktəblərində vəziyyət necədir?

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir E.Mehdiyev/

Dekabrın 21-də Bakının bütün orta məktəblərində dərslər davam edir və bəzi məktəblərdə dərslərin ləğv olunmasına dair yayılan məlumatlar əsassızdır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı cümə günü Trend-ə bildirib ki, bu gün orta məktəblər adi günlərdə olduğu kimi fəaliyyət göstərir. Hətta bir çox məktəblərdə kurrikulum üzrə açıq dərslər salınıb.

Qeyd edək ki, "qiyamət günü" ilə bağlı bəzi orta məktblərdə dərslərin dayandırıldığı barədə məlumatlar yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti