...

Sevinc Babayevanın öldüyü bildirilir

Cəmiyyət Materials 27 Dekabr 2012 18:29 (UTC +04:00)
Trend-in Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova istinadən verdiyi məlumata görə, Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı şəhər prokurorluğuna zəng edərək anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat etdiyini deyib.
Sevinc Babayevanın öldüyü bildirilir

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Sevinc Babayevanın öldüyü bildirilir.

Trend-in Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova istinadən verdiyi məlumata görə, Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı şəhər prokurorluğuna zəng edərək anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat etdiyini deyib.

Dəqiqləşdirmələr aparıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda adı hallanan Sevinc Babayeva İnterpol tərəfindən axtarışa verilib.

Babayevanın hansı cinayət işi üzrə və hansı hüquq-mühafizə orqanı tərəfindən beynəlxalq axtarışa verildiyi qeyd olunmur.

Qeyd edək ki, sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində video yayılıb. Qeyd edilən video ilə bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti