...

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 15,2 faiz artıb

Cəmiyyət Materials 9 Yanvar 2013 12:28 (UTC +04:00)
2013-cü il yanvarın 1-nə olan statistikaya əsasən, ötən ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 15,2 faiz artıb.
DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 15,2 faiz artıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

2013-cü il yanvarın 1-nə olan statistikaya əsasən, ötən ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 15,2 faiz artıb.

Fonddan Trend-ə verilən məlumata görə, 2012-ci il ərzində DSMF tərəfindən əlavə olaraq 299 220 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 2 266 074 nəfərə yüksəlib.

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 57,1 faizi kişi, 42,9 faizi isə qadındır.

Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,8 faizini 30 yaşa kimi vətəndaşlar, 23,5 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 23,1 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 21,3 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10,3 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

Hazırda "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsinin daha da genişləndirilməsi tədbirləri davam etdirilməkdədir.

Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti