...

Polis orqanlarında vakant vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edilib

Cəmiyyət Materials 23 Yanvar 2013 15:24
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
Polis orqanlarında vakant vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, post-patrul və yol-patrul xidmətlərində vakant olan 337 vəzifəni tutmaq məqsədilə keçirilən müsabiqədə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 175 santimetrdən (qadınlar üçün 170 sm.) yuxarı olan, düzgün bədən quruluşlu və idman cüssəli, tam orta və ya orta ixtisas və ya ali təhsilli (YPX inspektoru vəzifələrinə isə avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, sürücülük vəsiqəsi və kompüterlə işləmək qabiliyyəti olan) və "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə zamanı xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük verilir.

Şərtlərə uyğun gələn, müsabiqədə iştirak etmək arzusu olan, vakant olan vəzifələrə müsabiqə elan olunmuş orqanların yerləşdiyi və ona qonşu ərazilərdə qeydiyyatda olan şəxslər həmin polis orqanına ərizə ilə müraciət edərək, göstərilən sənədləri - şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin əslini, hərbi bileti (kişilər üçün), əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər.

Təqdim olunmuş sənədlər əsasında namizədin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılaraq, onun sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanlarının əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq.

Müsabiqə test imtahanları və müsahibə olmaqla iki mərhələdə keçiriləcək. Test imtahanını müvəffəqiyyətlə vermiş namizəd müsahibəyə buraxılacaq.

Fiziki hazırlıq üzrə ödənilməli normativlər barədə məlumat DİN-in www.mia.gov.az ünvanlı veb saytında yerləşdirilib.

Müsabiqədə iştirak etmək üçün sənədlər 2013-cü il fevral ayının 1-dən mart ayının 2-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək vakant olan vəzifələrə müsabiqə elan edilmiş polis orqanlarında qəbul olunur.

Əlavə məlumat almaq üçün DİN-in Baş Kadrlar İdarəsi ilə (012) 590-92-21, 590-93-27 nömrəli telefonlar vasitəsilə əlaqə saxlamaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti