...

Türkiyədə təyyarələrdə qaydanı pozanlar cərimələnəcəklər

Cəmiyyət Materials 30 Yanvar 2013 11:23 (UTC +04:00)
Türkiyədə "Türk Hava Yolları"na məxsus təyyarələrdə davranış qaydalarını pozan sərnişinlərə cərimələr tətbiq olunacaq.
Türkiyədə təyyarələrdə qaydanı pozanlar cərimələnəcəklər

Azərbaycan, Bakı, 30 yanvar / Trend, müxbir A.Tağıyeva /

Türkiyədə "Türk Hava Yolları"na məxsus təyyarələrdə davranış qaydalarını pozan sərnişinlərə cərimələr tətbiq olunacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Resmi Gazete" xəbər verir.

Belə ki, bort baxıcısının xəbərdarlığından sonra sərnişinlər təyyarələrdə elektron qurğulardan istifadə edərlərsə, eləcə də siqaret çəkər və təhlükəsizlik kəmərlərini taxmazlarsa, min türk lirəsi məbləğində cərimə olunacaqlar.

Bundan başqa, salonda dava salan, eləcə də bort baxıcısının başqa tələblərinə əməl etməyən sərnişinlərə də eyni məbləğdə cərimə tətbiq olunacaq.

Qəzetin məlumatına görə, cərimələr haqqında qanun 2014-cü ildən qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti