...

Xəzər rayon Polis İdarəsinə yeni rəis təyin olunub

Cəmiyyət Materials 9 Fevral 2013 14:37 (UTC +04:00)
DİN-dəki mənbələrdən Trend-ə verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinə yeni rəis təyin olunub.
Xəzər rayon Polis İdarəsinə yeni rəis təyin olunub

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İ.İzzət/

Xəzər rayon Polis İdarəsinə yeni rəis təyin olunub.

DİN-dəki mənbələrdən Trend-ə verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinə yeni rəis təyin olunub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə bu vəzifəyə polis polkovniki Azər Muradov təyinat alıb.

Qeyd edək ki, Azər Muradov bundan əvvəl Şirvan şəhər Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Artıq təyinat faktını Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov da təsdiq edib.

Xatırladaq ki, Xəzər rayon Polis İdarəsinin keçmiş rəisi Faiq Şabanov bir neçə gün əvvəl Gəncə şəhər Bas Polis İdarəsinin rəisi təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti