...

Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq

Cəmiyyət Materials 18 May 2013 12:34 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq.
Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova şənbə günü Trend-ə bildirib ki, mayın 19-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Axşam mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrinin bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

Dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti mayın 21-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti