...

Çilov adasındakı seysmik stansiyada yeni cihazlar quraşdırılıb

Cəmiyyət Materials 12 İyul 2013 15:11 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi Çilov adasındakı seysmik stansiyada yeni cihazlar quraşdırıb.
Çilov adasındakı seysmik stansiyada yeni cihazlar quraşdırılıb

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi Çilov adasındakı seysmik stansiyada yeni cihazlar quraşdırıb.

Mərkəz-dən Trend-ə verilən məlumata görə, ölkə ərazisində aparılan kompleks seysmoloji, geofiziki və geodinamik işləri genişləndirmək məqsədilə Çilov adasındakı seysmik stansiyanın ərazisində GPS, tiltimetr və akselerometr cihazları quraşdırılıb.

Burada alınacaq məlumatların Abşeron yarımadasında Qala, Nardaran və Qobu seysmik stansiyalarında quraşdırılmış eyni tipli cihazlardan alınan məlumatlarla birgə analizi Abşeron yarımadası və Xəzər akvatoriyasında gedən geodinamik (horizontal hərəkətlər və deformasiya) proseslərin tədqiqinə geniş imkanlar açacaq.

İndiyə qədər Mərkəz tərəfindən ölkə ərazisində çoxsaylı GPS, tiltimetr və akselerometr cihazları quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti