Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İzzət/
Bu ilk birinci yarısında Azərbaycanda 3824 təbii və texnogen mənşəli hadisə baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, 2013-cü ilin I yarısı ərzində respublika ərazisində 3824 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 238 hadisə və ya 6% azdır.
Onlardan 69-u təbii mənşəli, 3993-u isə texnogen mənşəli hadisələr olub.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 46 nəfər həlak olub, 65 nəfər xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 4 nəfər xilas edilib, 63 nəfər təxliyyə olunub.