Mehriban Əliyeva: Bu gün beynəlxalq ictimaiyyət Azərbaycan mədəniyyətinə böyük maraq göstərir

Mehriban Əliyeva: Bu gün beynəlxalq ictimaiyyət Azərbaycan mədəniyyətinə böyük maraq göstərir

Azərbaycan, Bakı, 25 iyul /Trend/

İyulun 24-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda keçirilən növbəti möhtəşəm incəsənət bayramının - Qəbələ V Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olmuşdur.

Mərasimdə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynamış Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxunmuşdur.

Məktubda deyilir: "Hörmətli festival iştirakçıları. Əziz dostlar! Sizi - Qəbələ V Beynəlxalq musiqi festivalının iştirakçılarını ürəkdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə xoş arzularımı çatdırıram. Dünyada gedən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dünya mədəniyyətlərinin qarşılıqlı münasibətləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir. Məhz mədəniyyət xadimlərinin məqsədyönlü fəaliyyəti nəticəsində bəşəriyyət mədəniyyətlərin qarşıdurması təhlükəsini dəf edərək dialoqun uğurlu nəticələrinə nail olub.
Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətlərinin əsas prioritetlərindən biridir. Biz zəngin mədəniyyətimiz vasitəsilə ölkəmizi dünyada tanıtmağa nail olmuşuq, bu gün beynəlxalq ictimaiyyət Azərbaycan mədəniyyətinə böyük maraq göstərir. Mən də UNESCO-nun xoşməramlı səfiri kimi dünya mədəniyyəti xəzinəsini olduqca dəyərli əsərlərlə zənginləşdirmiş, xalqımızın mədəni irsinin dünyada təbliğ olunmasına, dünya mədəniyyət nümunələrinin ölkəmizdə tanıdılmasına xidmət edən, xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələri daim dəstəkləyəcəyəm.
Nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalının keçirilməsi ənənəvi xarakter almışdır. Bu gün Qəbələnin adı Beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərin adları ilə bir sırada yer alır. Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.
İnanıram ki, Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək builki festival, füsunkar təbiətin və valehedici musiqinin gözəl vəhdəti hər birimizdə xoş təəssüratlar yaradacaqdır. Festivalda iştirak edən hər kəsə tükənməz nailiyyətlər arzulayıram".

Daha sonra mərasimdə festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək bu möhtəşəm musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gəlmiş bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından salamlamış, festivalın işinə uğurlar arzulamışlar.

Çıxış edənlər bildirmişlər ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir.
Qeyd edilmişdir ki, Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı artıq gözəl bir ənənəyə çevrilmişdir. Festivalın Qəbələ səhnəsində dahi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də bu səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunur.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə həmişə fərqlənir. Heydər Əliyev
Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir.

Sonra açıq havada qurulan səhnədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olmuşdur.

Konsertdə Pyotr Çaykovskinin "Yevgeni Onegin" operasından Polonez, Türkər Qasımzadənin "Balet süitası", Ayaz Qəmbərlinin "Divertisment", Qara Qarayevin "Don Kixot simfonik qravürləri", Fikrət Əmirovun "Nəsimi haqqında dastan" simfonik poeması, Kərəm Əkbərovun "Azərbaycan" simfonik poemasından parçalar səsləndirilmişdir.

Konsertdə skripkada Cavad Tağızadə, pianoda Səidə Tağızadə, violində Toğrul Qəniyev, celloda Aleksey Miltix çıxış etmişlər. Konsertdə Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi, Prezident mükafatçısı Yalçın Adıgözəlov və Fəxrəddin Kərimov dirijorluq etmişlər.

Avqustun 6-dək davam edəcək musiqi bayramında Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

FK "Barselona" keçmiş baş məşqçi Setyenə təzminat ödəməyəcək
FK "Barselona" keçmiş baş məşqçi Setyenə təzminat ödəməyəcək
Yeniyetmələrdən ibarət seçmə komandaya yeni məşqçi təyinatları olub
Yeniyetmələrdən ibarət seçmə komandaya yeni məşqçi təyinatları olub
Zidan koronavirusa yoluxub
Zidan koronavirusa yoluxub
Loading Bars
Xəbər lenti
Pentaqonun yeni rəhbəri britaniyalı həmrakı ilə Rusiya və Çini müzakirə edib
İtaliyada koronavirusdan ölənlərin sayı 85 min nəfəri ötüb
Portuqaliyada prezident seçkiləri keçiriləcək
Britaniyada bir sutkada koronavirusdan 1 348 nəfər ölüb
Çili sahillərində 7 bal gücündə zəlzələ olub
Kolumbiyada koronavirusa yoluxanların sayı 2 milyon nəfəri ötüb
Türkiyədə koronavirusdan sağalanların sayı 2,3 milyon nəfəri ötüb
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumunu müzakirə ediblər
Fransada 1 milyon nəfər koronavirusa qarşı peyvənd olunub
Qvineya sahillərində dəniz quldurları Türkiyəyə məxsus gəmini ələ keçiriblər, bir nəfər öldürülüb
Lənkəranda 14 yaşlı oğlan itkin düşüb, FHN axtarışlara başlayıb
Prezident İlham Əliyevin iqtisadi strategiyasının növbəti uğuru: "Dostluq" anlaşması - Həftənin Hadisəsi
Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 600 mindən çox artıb
Nizami küçəsinin daimi "sakinləri": Karantin rejimi bir onlara təsir etməyib (VİDEO)
Nigeriyada qaz daşıyan avtomobil partlayıb, 30 nəfər ölüb
Prezident İlham Əliyev xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib
Prezident İlham Əliyev Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif edib
İspaniyada zəlzələ nəticəsində 1 nəfər xəsarət alıb
İran Fars körfəzində təhlükəsizlik və neft mövzularında ABŞ ilə əməkdaşlıq edə bilər - Zərif
Amerikalı telejurnalist Larri Kinq vəfat edib
Qətərdə koronavirusa yoluxanların sayı 150 min nəfərə çatır
Əlahiddə Ümumqoşun Orduda bir qrup hərbi qulluqçuya vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib (FOTO/VİDEO)
Şuşaya qalib kimi gəlmişik - Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada (ÖZƏL)
Şahbuz rayonunda zəlzələ olub
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub (FOTO)
Məişətdə yanğın baş verməməsi üçün nə edilməlidir? - FHN
Kəlbəcər rayonunun Qamışlı kəndi (FOTO/VİDEO)
Azərbaycanda 705 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 8 nəfər vəfat edib
Heydər Əliyev Fondunun dəstəyi və “Bravo” supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə Qubadlı və Xocavənddə hərbiçilərimizə zəruri ərzaq məhsulları göndərilib (VİDEO)
Prezident İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiyaya 5 298 vətəndaş müraciət edib
“Vikipediya”nın alman dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi təsdiqləndi
Qlobal səviyyədə Komiks və Karikatura Yarışmasına start verilir
Qaradağ rayonunda böyük iməcilik keçirildi (FOTO)
Dövlət Neft Şirkətinin idarə edilməsi təkmilləşdirilir: Müşahidə Şurası yaradıldı - FƏRMAN
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Qarabağ Dirçəliş Fondu”na 100 min manat vəsait köçürüb
Tərtərdə karantin rejimini pozan çayxana aşkarlanıb
İsmayıl Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi
Evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
ABŞ sakini lotereyada 1 milyard dollar udub
2 783 şəhidin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olunub
İranda 6 mindən çox şəxs koronavirusa yoluxub
Bakı aeroportunda qızıl qaçaqmalçısı tutuldu (FOTO) (VİDEO)
Vəzifəli şəxsin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlandı
Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu (FOTO)
Azərbaycanda yeni qanun layihəsi hazırlanır
Cəbrayıl rayonunun Aşağı Maralyan kəndi (FOTO)
Paytaxtda təmizliklə bağlı iməclik keçirilib (FOTO)
Erməni vandalizminin son həddi: Talan olan Zəngilan - Trend TV-nin REPORTAJI
Türkiyədə Rusiya vaksini istehsal ediləcək
"Dostluq" yatağının birgə işlənməsi kommersiya və texniki baxımdan cəlbedici olacaq - "Wood Mackenzie"
Gürcüstan XİN rəhbərinin müavini 20 Yanvar şəhidlərinin xatirəsini Azərbaycan Səfirliyində yad edib
Aztəminatlı tələbələrə təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur - Nazir
Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollara çatır
Fikrim ictimaiyyətə fərqli formada təqdim edilib - Emin Əmrullayev
22 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
"Standard & Poor's" agentliyi Azərbaycanın kredit reytinqi üzrə proqnozu yüksəldib
Şagirdlərin milli qiymətləndirilməsinin aparılması nəzərdə tutulur
"Torqovı"nun bağlı qalan obyektləri açılış gününü gözləyir (FOTO)
Azərbaycan nefti ucuzlaşır
Rusiyada koronavirusa 30 minə yaxın yeni yoluxma olub, 559 nəfər ölüb
Pandemiyada ölüm hallarının qarşısının alınması ilə bağlı layihənin ilk koordinasiya görüşü keçirilib
DİN sosial şəbəkə istifadəçilərinə dələduzlarla bağlı müraciət edib
Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır - Hikmət Hacıyev
Müharibə zamanı dağıdılan məktəblərlə bağlı qərarlar üzərində işlənilir - Nazir
“Yüksəliş” müsabiqəsi Hikmət Hacıyevin təqdimatında vebinar təşkil edib (FOTO)
Bazar günü hava yağmursuz keçəcək, 8 dərəcə isti olacaq
Rus hərbçisi Ermənistanda qəzaya düşüb öldü
Cəlilabadda qadın əri tərəfindən öldürüldü
Qarabağın iqlim və relyefi müxtəlif turizm məhsullarının inkişafına imkan yaradır - Turizm Bürosu
Müharibənin təsirindən psixoloji travma alan şəxs ən kiçik hadisədən aqressivləşib özünə zərər yetirə bilər - Psixoloq TÖVSİYƏLƏRİ
KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb (FOTO)
Ötən il Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb
Qonşusunu evində boğaraq qətlə yetirən 18 yaşlı gənc tutulub
Hindistanda bir gündə rekord sayda şəxs peyvənd olunub
Qanunsuz ov edən şəxs cəzalandırılıb
Azərbaycanda bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək
Məktəblər açılır, metronun fəaliyyəti bərpa oluna bilərmi? - AÇIQLAMA
AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edilib
Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər aşkarlanıb
“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib (FOTO)
Döyüş zamanı yoldaşının canı sənə əmanət olur – Vətən müharibəsinin iştirakçısı (FOTO)
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid ailələri ilə görüşüb, məzarlarını ziyarət edib (FOTO)
Türkiyə Braziliyadan uçuşları dayandırır
Belçika koronavirus əleyhinə tədbirləri sərtləşdirilir
Vaşinqtonda yüzlərlə milli qvardiyaçı koronavirusa yoluxdu
Pentaqonun yeni rəhbəri NATO-nun ABŞ üçün əhəmiyyətini vurğuladı
Meksika və ABŞ prezidentləri əməkdaşlığın inkişafını müzakirə ediblər
Kolumbiyanın şərqində neft boru kəməri partladılıb
Vaşinqtonda “20 Yanvar” şəhidlərinin əziz xatirəsi anılıb (FOTO)
İsveçrə məhkəməsi İsrailli iş adamını həbs etdi
ABŞ-da iqtisadi böhran dərinləşir - Bayden
Koronavirus dondurulmuş qida paketlərinin üstundə qala bilər - ÜST
ABŞ KXDR-ə qarşı yeni strategiya hazırlayacaq
ÜST: Dünyada ötən sutka koronavirusa 624 mindən çox yoluxma qeydə alınıb
Finnair sərnişinlərdən koronavirus testinin nəticələrini tələb edəcək
FK "Barselona" keçmiş baş məşqçi Setyenə təzminat ödəməyəcək
Bütün xəbərlər