...

Azərbaycanda istehlaka yararsız məhsullar məhv edilib

Cəmiyyət Materials 5 Avqust 2013 15:02
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib.
Azərbaycanda istehlaka yararsız məhsullar məhv edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 avqust /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib.

Trend-in bazar ertəsi nazirlikdən daxil olan məlumata istinadən verdiyi xəbərə görə, ümumilikdə, monitorinqlər zamanı Bakının Xəzər, Yasamal, Nəsimi rayonlarında, eləcə də respublikanın Xızı rayonunda, Samux, Yevlax, Sabirabad, Tərtər şəhərlərində 190 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti