...

Məhkumlar Azərbaycan ərazilərinin azad edilməsində iştirak etmək istəyirlər

Cəmiyyət Materials 26 Avqust 2013 17:49 (UTC +04:00)
5 saylı cəzaçəkmə müəssisəsində “Vətənpərvərlər” dərnəyinin növbəti tədbiri keçirilib.
Məhkumlar Azərbaycan ərazilərinin azad edilməsində iştirak etmək istəyirlər

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İ.İzzət/

5 saylı cəzaçəkmə müəssisəsində "Vətənpərvərlər" dərnəyinin növbəti tədbiri keçirilib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyəylə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Qarabağ müharibəsi veteranları - keçmiş hərbi hissə komandiri Gəray Əsədov, Əkbər Mirzəzadə, Camal Cambalışov, 5 saylı cəzaçəkmə müəssisəsinin şəxsi heyəti və məhkumlar iştirak ediblər.

Cəzaçəkənlər qarşısında çıxış etmiş müharibə veteranları Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının fədakarlığı və şücaətindən bəhs edib, cəzaçəkmə müəssisəsində "Vətənpərvərlər" dərnəyinin fəaliyyət göstərməsini təqdirəlayiq hesab ediblər.

Çıxış edən məhkumlar "Vətənpərvərlər" dərnəyinin cəzaçəkənlər arasında Vətənə, xalqa sonsuz məhəbbətin aşılanması, gənc məhkumların vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını qeyd ediblər. Vurğulanıb ki, cəzaçəkənlər də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə işğal olunmuş ərazilərimizin düşmən tapdağından azad edilməsində iştiraka hər zaman hazırdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti