...

Azərbaycanda su resurslarının qorunmasının vacibliyi təbliğ ediləcək

Cəmiyyət Materials 23 Sentyabr 2013 10:42 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən “Beynəlxalq Dəniz günü” çərçivəsində ictimaiyyətə su hövzələrinin zənginliyi barədə məlumatlar veriləcək
Azərbaycanda su resurslarının qorunmasının vacibliyi təbliğ ediləcək

Azərbaycan, Bakı, 23 sentyabr / Trend, müxbir M.Əliyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən Beynəlxalq Dəniz Günü çərçivəsində ictimaiyyətə su hövzələrinin zənginliyi barədə məlumatlar veriləcək, hər bir sakinə bu resursların qorunmasının vacibliyi təbliğ ediləcək.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

23-28 sentyabr 2013-cü il tarixlərində "Xəzər həftəsi"nin qeyd olunması məqsədilə nazirlik tərəfindən hazırlanmış tədbirlər planına müvafiq olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub 955 kilometrlik sahil zolağında - Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində vətəndaşların, yerli icra strukturlarının, təhsil müəssisələrinin və KİV nümayəndələrinin iştirakı ilə iməciliklərin, dəyirmi masaların keçirilməsi, həmçinin Xəzərin bioresurslarının artırılması istiqamətində Azərbaycan hökuməti tərəfindən görülmüş işlər barədə iştirakçıların məlumatlandırılması nəzərdə tutulub. Beynəlxalq Dəniz Günü münasibətilə keçirilməsi nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eləcə də bu istiqamətdə görülən işlər barədə ictimaiyyətin maarifləndirilməsinə yönəlib.

Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara uyğun olaraq, 1978-ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi Beynəlxalq Dəniz Günü kimi qeyd olunur. Bu tədbirin keçirilməsində əsas məqsəd dünya ictimaiyyətinin, dövlətlərin və özəl sektorların diqqətini dənizin və onun bioresurslarının qorunmasına yönəltməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti