Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
NATO ölkələrinin müdafiə nazirləri oktyabrın 22 və 23-də Brüsseldə görüşəcəklər. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Pentaqon nümayəndəsi Corc Littl deyib.
ABŞ-ı konfransda müdafiə naziri Çak Heygel təmsil edəcək.
NATO-Rusiya Şurasının iclası isə oktyabrın 23-də Alyansın qərargahında keçiriləcək.
NATO-Rusiya Şurası NATO ölkələrinin müdafiə nazirlərinin görüşündə bir araya gələcək.