...

Azərbaycanda 2017-ci ilədək məktəblərdəki çoxnövbəlilik ləğv ediləcək

Cəmiyyət Materials 30 Oktyabr 2013 16:43 (UTC +04:00)
Azərbaycanda 2017-ci ilə kimi orta məktəblərdə çoxnövbəliliyin ləğvi nəzərdə tutulur.
Azərbaycanda 2017-ci ilədək məktəblərdəki çoxnövbəlilik ləğv ediləcək

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2017-ci ilə kimi orta məktəblərdə çoxnövbəliliyin ləğvi nəzərdə tutulur. Trend-in məlumatına görə, bu, Milli Məclisə təqdim edilmiş, 2014-2017-ci illəri əhatə edən ortamüddətli iqtisadi-sosial inkişaf konsepsiyasında nəzərdə tutulur.

Konsepsiyaya görə, məktəblərdə çoxnövbəliliyin yeni məktəb binalarının və əlavə korpusların tikilməsi, mövcud məktəblərin təmiri nəticəsində ləğv edilməsi planlaşdırılır.

Bu işlərin sayəsində məktəblərdə beşgünlük tədris həftəsinə keçmək və bununla da bütün şagirdlər üçün əlverişli təlim şəraiti yaratmaq nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti