...

AMEA və Rusiya Təbiət Elmləri Akademiyasının birgə elmi qurum yaratması təklif edilib

Cəmiyyət Materials 26 Noyabr 2013 12:48 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) birgə tədqiqatların aparılması məqsədi ilə elmi qurum yaratması təklif edilib.
AMEA və Rusiya Təbiət Elmləri Akademiyasının birgə elmi qurum yaratması təklif edilib

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) birgə tədqiqatların aparılması məqsədi ilə elmi qurum yaratması təklif edilib.

AMEA-dan Trend-ə verilən məlumata görə, akademiyanın prezidenti, akademik Akif Əlizadə RTEA-nın birinci vitse-prezidenti, akademik Lida İvanitskaya və Neftqazçıxarma Prosesləri üzrə Sistemli Tədqiqatlar İnstitutunun baş direktoru, akademik Əzizağa Şahverdiyevlə keçirilən görüşdə iki təşkilat arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

L.İvanitskaya akademiyalar arasında birgə tədqiqatlar aparılması məqsədi ilə elmi qurum yaradılmasını təklif edib. Təbiət elmlərinin müxtəlif istiqamətlərində araşdırmaların səmərəsini artırmaq üçün səylərin birləşdirilməsinə ehtiyac duyulduğu vurğulanıb.

Qonaq, həmçinin dünya şöhtərli alim, AMEA, RTEA, Başqırdıstan Respublikası Elmlər Akademiyası və Ukrayna Neft-Qaz Akademiyasının həqiqi üzvü Azad Mirzəcanzadənin adını daşıyan beynəlxalq medalın təsis edilməsi təşəbbüsünü irəli sürüb. Mükafatın mühüm nəticələri ilə fərqlənən elm adamlarına verilməsi məqsədəuyğun hesab edilib.

Akademik Akif Əlizadə təklifləri yüksək dəyərləndirib və bu istiqamətdə lazımi dəstək verəcəyini bildirib.

Sonda təşəbbüslərin reallaşdırılması məqsədi ilə tərəflər arasında yenidən görüş keçirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti