...

Bakıda sürücülərin savadsızlığının və özündən razılığının acı nəticələri (VİDEO)

Cəmiyyət Materials 20 Dekabr 2013 10:14 (UTC +04:00)
Trend-in məlumatına görə, 2013-cü ilin 11 ayı ərzində Bakıda 920-si yol qəzası baş verib.
Bakıda sürücülərin savadsızlığının və özündən razılığının acı nəticələri (VİDEO)

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir İ.İzzət/

Bakıda günün müxtəlif saatlarında, xüsusən paytaxtdakı yolayrıcılarında qəzaların başvermə vəziyyətini müşahidə etdikdə belə təəssürat yaranır ki, ya bəzi sürücülərin ümumiyyətlə, yol hərəkəti qaydalarından xəbəri yoxdur, ya da özlərindən həddindən artıq razıdırlar. Amma bütün hallarda bu xüsusiyyətlər sürücülərə və ətrafdakılara xoşbəxtlik yox, bədbəxtlik gətirir.

Trend-in məlumatına görə, 2013-cü ilin 11 ayı ərzində Bakıda 920-si yol qəzası baş verib. Bu zaman 310 nəfər ölüb, 911 nəfər xəsarət alıb. Paytaxtda baş verən qəzaların 230-u məhz yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində baş verib ki, bu zaman 49 nəfər ölüb, 287 nəfər yaralanıb.

Trend Bakıda yolayrıclarında, eləcə də digər hallarda baş verən qəzaların videogörüntüsünü təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti