Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Yeni il bayramı günlərində (dekabrın 31-dən yanvarın 6-dək) Azərbaycanda 16 nəfər dəm qazından zəhərlənmə ilə əlaqədar Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinə müraciət edib.
Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, zəhərlənənlərin 3-ü uşaq olub. Xəstəxanada dəm qazından zəhərlənmə nəticəsində ölüm halları baş verməyib.
Dəm qazından zəhərlənənlər arasında qadınlar üstünlük təşkil edib.