...

Əlyazmalar İnstitutunun direktoru vəzifəsinə yeni təyinat oldu

Cəmiyyət Materials 12 Fevral 2014 17:19 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun direktoru vəzifəsini AMEA-nın müxbir üzvü Teymur Kərimli icra edəcək.
Əlyazmalar İnstitutunun direktoru vəzifəsinə yeni təyinat oldu

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun direktoru vəzifəsini AMEA-nın müxbir üzvü Teymur Kərimli icra edəcək.

Trend Akademiyanın rəsmi saytına istinadən bildirir ki, Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun icra səlahiyyətləri dayandırılıb. Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilmiş iclasında qəbul olunub. Direktor səlahiyyətinə P.Kərimovun öz xahişi əsasında xitam verilib.

Rəyasət Heyətinin digər qərarı ilə İnstitutun direktoru və Elmi Şurasının sədri vəzifəsini AMEA-nın müxbir üzvü Teymur Kərimli icra edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti