...

Depressiya daha çox 15-34 yaş arasında olan insanlarda müşahidə olunur

Cəmiyyət Materials 25 Fevral 2014 16:36 (UTC +04:00)
Azərbaycan Dillər Universitetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Gənclik dövrünün depressiyası" mövzusunda keçirilən tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru Fuad İsmayılov bildirib ki, XXI əsrdə depressiya daha da gəncləşib.
Depressiya daha çox 15-34 yaş arasında olan insanlarda müşahidə olunur

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İ.İsabalayeva/

Depressiya daha çox 15-34 yaş arasında olan insanlarda müşahidə olunur.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Gənclik dövrünün depressiyası" mövzusunda keçirilən tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru Fuad İsmayılov bildirib ki, XXI əsrdə depressiya daha da gəncləşib.

Onun sözlərinə görə, depressiya ətrafımızda baş verən hadisələrə bir reaksiya olaraq ortaya çıxır. Professor qeyd edib ki, genetik və ya biokimyəvi səbəblər, ətraf şərtlər və psixo-sosial çətinliklər, məcbur qalmalar depressiyanın başlamasında faktor ola bilər. Əhvali-ruhiyyənin, marağın və zövq alma hissinin itirilməsi, fəallığın azalması və tez yorulma kimi hallar depressiyanın əsas simptomlarındandır. Depressiyadan psixoterapiya, dərman müalicəsi və elektrokonvulsiv müalicə üsulları ilə qurtulmaq mümkündür.

Tədbirdə son zamanlar cəmiyyətimizdə depressiya və intihar hallarının artması təəssüf doğuran hal kimi vurğulanıb. Bu kimi halların aradan qaldırılması istiqamətində maarifləndirici tədbirlərin artırılmasının vacibliyi qeyd olunub.

Gənclərə çətinliyə düşən zaman intihara əl atmağın çıxış yolu olmadığı tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti