...

Bakının mərkəzi hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 12 Aprel 2014 11:54 (UTC +04:00)
Bakının mərkəzi hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq . Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Bakının mərkəzi hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir E.Mehdiyev/

Bakının mərkəzi hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq . Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev bildirib ki, yolun hərəkət hissəsinin üfiqi nişanlanması (hərəkət istiqamətini göstərən oxlar, piyadalar üçün zebra tipli keçid yeri, üçbucaq formalı nişanlanma, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanma yerinin nişanlanması, avtobus dayanacağının nişanlanması və s.) məqsədilə bu gün saat 22:00-dan etibarən Neftçilər prospekti və Yusif Səfərov küçəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti