...

Gənclər ulu öndərə sədaqət və məhəbbət duyğularını bir daha təsdiqlədilər (FOTO)

Cəmiyyət Materials 3 May 2014 14:38 (UTC +04:00)
Ulu öndər Heydər Əliyevin anadan olmasınn 91-ci ildönümü ilə əlaqədar Gəncə şəhərində çoxsaylı tədbirlər keçirilir.
Gənclər ulu öndərə sədaqət və məhəbbət duyğularını bir daha təsdiqlədilər (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend/

Ulu öndər Heydər Əliyevin anadan olmasınn 91-ci ildönümü ilə əlaqədar Gəncə şəhərində çoxsaylı tədbirlər keçirilir. YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə ənənəvi olaraq, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında futzal, şahmat turnirlərindən sonra növbəti dəfə bilik yarışı keçirilib

1 may 2014-cü il tarixdə keçirilən yarışı giriş sözü ilə açan YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev qeyd edib ki, bilik yarışının keçirilməsində əsas məqsəd Heydər Əliyevin həyat və fəaliyyətinin gənclər tərəfindən daha geniş öyrənilməsinə, gənc nəslin Heydər Əliyev ideyaları ruhunda tərbiyə edilməsinə nail olmaqdan ibarətdir.

Yeni Azərbaycan Partiyasının üzvü olan gənclərin qatıldığı bu yarışda Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı, Gəncə Texniki Kolleci, Gəncə Tibb Kolleci, Gəncə Texniki Kollec, Gəncə Musiqi Kollecinin komandaları iştirak edirlər.

Yarışın qaydaları haqqında ətraflı məlumat verib və komandalara müvəffəqiyyətlər arzu edib.

Yarışın I turunda 8 komanda arasında 4 görüş keçirilib. İlk görüşdə ATU ilə AzMİ Gəncə filialı, 2-ci görüşdə ADAU ilə Texniki Kollec, növbəti görüşdə GDU ilə Musiqi Kolleci, sonda isə Tibb Kolleci ilə Humanitar Kollecin komandaları yarışıblar. I turun yekununa əsasən bu görüşlərdə qalib komandalar- ATU, ADAU, GDU, Humanitar Kollec yarım finala vəsiqə qazanıblar.

2 may 2014- cü ildə keçirilən bilik yarışının yarım final mərhələsinin ilk görüşü ATU və GDU arasında, növbəti yarışma isə ADAU ilə Humanitar Kollec arasında keçirilib. Qalib komandalar- ADAU və GDU finala vəsiqə qazanıblar. Üçüncülük uğrunda mübarizə aparan ATU və Humanitar Kollecin təmsilçiləri yüksək bilik nümayiş etdirdilər və nəticədə ATU 3-cü yerin sahibi oldu. Finalda görüşən GDU və ADAU komandalarının üzvləri zəngin dünyagörüşlü və dolğun məlumatlı olduqlarını təsdiqlədilər. Yekunda GDU komandası qalib gəldi.

Sonda çıxış edən YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev bu yarışda hərtərəfli bilik nümayiş etdirən gənclərin ulu öndər Heydər Əliyevə dərin hörmət və rəğbətini, onun müqəddəs ideyalarına sədaqətini, gənclərin güclü vətənpərvərlik hissini yüksək qiymətləndirdi, qalib komandanın üzvlərini ürəkdən təbrik etdi, bütün iştirakçılara təhsildə və həyatda uğurlar arzuladı.

Qeyd edək ki, bilik yarışında istifadə olunan suallar Azərbaycan İntellektuallar Klubu tərəfindən hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti