...

Azərbaycanda əvvəlki illərin məzunları üçün II və III qruplar üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlandı

Cəmiyyət Materials 13 May 2014 17:10 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 11-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları) üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.
Azərbaycanda əvvəlki illərin məzunları üçün II və III qruplar üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlandı

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 11-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları) üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

Trend komissiyanın rəsmi saytına istinadən bildirir ki, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

Abituriyentlər öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilərlər.

İmtahanda iştirak etmək üçün sənəd vermiş 18 302 abituriyentdən 1304 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 16 998 abituriyentdən 38 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti