...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 40 nəfər əlilliyi olan şəxsi istirahət mərkəzinə göndərdi (FOTO)

Cəmiyyət Materials 20 May 2014 10:24 (UTC +04:00)
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş "2014-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na uyğun olaraq, nazirlik tərəfindən daha 40 nəfər əlilliyi olan şəxs Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə yola salınıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 40 nəfər əlilliyi olan şəxsi istirahət mərkəzinə göndərdi (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 may /Trend/

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş "2014-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na uyğun olaraq, nazirlik tərəfindən daha 40 nəfər əlilliyi olan şəxs Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə yola salınıb.

Trend-in nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, bununla son bir həftədə artıq 80 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə göndərilib.

İstirahət mərkəzlərində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində idman yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər təşkil olunur, onlar balıq ovunda, ətraf rayonlarda gəzintilərə aparılır, tibbi və fizioterapevtik prosedurlarla təmin edilirlər. Cari il ərzində 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarında mənalı istirahətinin təşkili nəzərdə tutulur.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılıb-gətirilməsi xüsusi nəqliyyat vasitəsilə təmin olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti