...

Azərbaycan və Türkiyə fövqəladə halların nəticələrinin aradan qaldırılması isitqamətində ortaq əməkdaşlıq edəcəklər

Cəmiyyət Materials 5 İyun 2014 15:55 (UTC +04:00)
Azərbaycan və Türkiyə fövqəladə halların nəticələrinin aradan qaldırılması isitqamətində ortaq əməkdaşlıq edəcəklər. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İdarəsinin (AFAD) rəhbəri Fuad Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.
Azərbaycan və Türkiyə fövqəladə halların nəticələrinin aradan qaldırılması isitqamətində ortaq əməkdaşlıq edəcəklər

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan və Türkiyə fövqəladə halların nəticələrinin aradan qaldırılması isitqamətində ortaq əməkdaşlıq edəcəklər. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İdarəsinin (AFAD) rəhbəri Fuad Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.

F.Oktay bildirib ki, Qəbələ şəhərində keçirilən "İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət riskinin idarə olunması üzrə 7-ci Beynəlxalq Konfransı" toplantıya qatılan ölkələr arasında təcrübə mübadiləsinə şərait yaradıb:

"Bütün bunlarla yanaşı, Azərbaycan və Türkiyə arasında təbii fəlakətlərin nəticələrinin aradan aldırılması istiqamətində də əməkdaşlığın perspektivləri müzakirə olunub".

AFAD sədri onu da qeyd edib ki, gələcəkdə Bakı və Ankara fövqəladə halların nəticələrinin aradan aldırılması üçün ortaq təlimlərin keçirməsini də planlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti