...

Gəncənin keçilməz keçidləri... (FOTO)

Cəmiyyət Materials 27 İyun 2014 19:18 (UTC +04:00)
Gəncədə 3 keçiddən 2-si piyadalar üçün keçilməz vəziyyətdədir. Görünüşü daxili ilə üzləşməyən bu keçidlər şəhərin mərkəzindəkindən fərqli olaraq piyada üzünə həsrətdir.
Gəncənin keçilməz keçidləri... (FOTO)

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Gəncədə 3 keçiddən 2-si piyadalar üçün keçilməz vəziyyətdədir. Görünüşü daxili ilə üzləşməyən bu keçidlər şəhərin mərkəzindəkindən fərqli olaraq piyada üzünə həsrətdir.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Heydər Əliyev və Nizami prospektlərinin kəsişməsində yerləşən yeraltı keçid isə istifadəyə yararlı olduğundan sakinlərin istifadəsindədir.

Heydər Əliyev prospektində yerləşən digər keçid isə xarici görünüş baxımından müsbət təəssürat yaratsa da istifadə edilməli hissəsi piyadaların keçidi üçün yararlı deyil. Şah İsmayıl Xətai prospektindəki keçiddən də insanlar eyni səbəbdən istifadə etmir.

Hərəkətin intensiv olduğu Heydər Əliyev və Nizami prospektinin kəsişməsindəki keçiddən istifadə etmədən yolu keçmək həm qayda pozuntusu, həm də piyada məsuliyyətsizliyidir.

Keçidlərdən istifadə insanların təhlükəsizliyinin qorunmasında çox önəmlidir. Bəzi məqamlarda bu qaydalar pozulsa da, əksəriyyət keçidlərdən istifadənin önəmini dərk edir. Bu üzdən də sakinlər qeyd edilən keçiddən istifadəni önəmli sayırlar.

Mövcud piyada keçidlərinin istifadəyə yararlı vəziyyətə gətirilməsi və yenilərinin tikilməsi isə perspektiv planda var.

Gəncə şəhər MKTİB-nin baş mühəndisi İsmayıl Daşdəmirov bildirib: "Şəhərimizdə abadlıq-quruculuq işləri mütəmadi davam etdirilir. Ola bilsin ki, əhalinin gur olan yerində belə keçidlərin tikilməsi nəzərə alınsın. Yaxın gələcəkdə bu keçidlər tikilməlidir. Şəhərimizdə ilbəil əhali artımı piyada keçidlərinə ehtiyac yaradır".

Elə yol polisi də hərəkətin təhlükəsizliyi baxımından keçidlərdən istifadəni zəruri sayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti