...

Dövlət Gömrük Komitəsində xidmətə qəbul üçün müsabiqənin ikinci turu keçirilib

Cəmiyyət Materials 4 İyul 2014 20:40 (UTC +04:00)
Dövlət Gömrük Komitəsində (DGK) xidmətə qəbul üçün müsabiqənin ikinci turu keçirilib.
Dövlət Gömrük Komitəsində xidmətə qəbul üçün müsabiqənin ikinci turu keçirilib

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Dövlət Gömrük Komitəsində (DGK) xidmətə qəbul üçün müsabiqənin ikinci turu keçirilib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Gömrük Komitəsi növbəti test imtahanını bu il mayın 31-də keçirib və həmin imtahanda müxtəlif vaxtlarda respublikamızın ali məktəblərini bitirən məzunlar iştirak edib. İyulun 4-də isə imtahanda yüksək bal toplamış iştirakçılar üçün müsabiqənin ikinci turu keçirilib.

Tam şəffaflıq şəraitində aparılan müsabiqədə müraciət etmiş şəxslər öz biliklərini şifahi sorğu-sual əsasında bir daha sınayıblar. Bununla da DGK rəhbərliyinin iştirakı ilə aparılan müsabiqədə daha uğurlu nəticə əldə edən gənclər Komitənin kadr ehtiyatı siyahısında yer alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti