...

ABU-nun vəzifəli şəxslərinin cinayət işi baxılması üçün məhkəməyə göndərilib

Cəmiyyət Materials 8 İyul 2014 15:45
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rüşvət almaq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilən vəzifəli şəxslərinin cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
ABU-nun vəzifəli şəxslərinin cinayət işi baxılması üçün məhkəməyə göndərilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rüşvət almaq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilən vəzifəli şəxslərinin cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fəaliyyəti dayandırılmış ABU-nun müvafiq fakültələrinə qanunsuz köçürülmə, ali təhsil haqqında diplomların verilməsində həmin universitetin vəzifəli şəxsləri tərəfindən törədilmiş korrupsiya faktlarının araşdırılması üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İstintaq zamanı Mahmud Əfəndiyevin ABU-nun neft-qaz yataqlarının istismarı və işlənməsi fakültəsinin dekanı vəzifəsində işləyərkən universitetin rektoru Elşad Abdullayev və qeyriləri ilə qabaqcadan əlbir olaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə imtahan verərək ali məktəblərə qəbul olmayan ayrı-ayrı şəxslərin Mahaçqala şəhərində yerləşən ali təhsil müəssisələrinə tələbə kimi qəbul olunmaları və təhsil almaları barədə bilə-bilə yalan məlumatlar daxil etməklə rəsmi sənədlər tərtib edib Təhsil Nazirliyinin razılığı olmadan II kursdan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmələri üçün ayrı-ayrı şəxslərdən ümumilikdə 40 min 500 manat məbləğində külli miqdarda rüşvət almasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrində nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Elşad Abdullayev və qeyriləri barədə cinayət işi ayrıca icraata ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti