Azərbaycan, Bakı, 22 avqust /Trend/
Cari ilin 23 - 29 avqust tarixlərində Misirin Qahirə şəhərində Azərbaycan və Misir Ərəb Respublikası arasında turizm əlaqələrinin genişləndirilməsi məqsədilə ikitərəfli görüşlər keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Ttrend-ə verilən məlumata görə, Misirin turizm nazirinin dəvəti ilə Misirin turizm şəhərlərində mövcud real vəziyyətlə, təhlükəsizliklə bağlı görülən işlər və turizm obyektləri ilə yerində tanış olmaq məqsədilə keçiriləcək ikitərəfli görüşlərdə nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev, Planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Cəfər Qarayev və Bakı Turizm İnformasiya Mərkəzinin Turizm işi üzrə mütəxəssisi Elin Abasov iştirak edəcək.