...

Ermənistan İrana 7 məhbus təhvil verib

Cəmiyyət Materials 27 Avqust 2014 13:52 (UTC +04:00)
Ermənistan 7 iranlı məhbusu avqustun 26-da İrana təhvil verib. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran daxili işlər nazirinin müşaviri Şahrux Hidayəti deyib.
Ermənistan İrana 7 məhbus təhvil verib

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir Təmkin Cəfərov/

Ermənistan 7 iranlı məhbusu avqustun 26-da İrana təhvil verib. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran daxili işlər nazirinin müşaviri Şahrux Hidayəti deyib.

Ş.Hidayəti bildirib ki, Ermənistandan təhvil alınan 7 iranlı məhbus narkotik maddələrlə bağlı cinayətlərə görə Ermənistanda həbs olunmuşdu.

Onun sözlərinə görə, Ermənistan iranlı məhbusları Norduz sərhəd keçid məntəqəsində İrana təhvil verib.

Ş.Hidayəti həmçinin deyib ki, İranda saxlanılan bir nəfər Bolqarıstan vətəndaşı iki gün öncə ölkəsinə təhvil verilib: "Bolqarıstan vətəndaşı narkotik maddələrlə bağlı cinayətə görə həbs olunmuşdu və Tehranın İmam Xomeyini adına hava limanında bu ölkənin nümayəndələrinə təhvil verilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti