...

Vilnüsdə Azərbaycan bazar günü məktəbi fəaliyyət göstərir (FOTO)

Cəmiyyət Materials 14 Oktyabr 2014 17:19 (UTC +04:00)
Vilnüsdə Nizami Gəncəvi adına Mərkəzdə Azərbaycan bazar günü məktəbi fəaliyyət göstərir.
Vilnüsdə Azərbaycan bazar günü məktəbi fəaliyyət göstərir (FOTO)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Elçin Hüseynov/

Vilnüsdə Nizami Gəncəvi adına Mərkəzdə Azərbaycan bazar günü məktəbi fəaliyyət göstərir. Bunu Trend-ə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə deyib.

Onun sözlərinə görə, məktəbdə artıq üç ildir Azərbaycan dili, tarixi, mədəniyyəti və milli adət-ənənələri öyrənilir.

Səfir qeyd edib ki, Litvada yaşayan azərbaycanlı uşaqlar hər şənbə günü iki saat bazar günü məktəbində oxuyurlar. Sinifdə 6-15 yaşlı uşaqlar təhsil alırlar. Onlardan çoxu Litvada anadan olub və bu ölkənin vətəndaşlarıdır.

Bazar günü məktəbi, Nizami Gəncəvi adına Mərkəz kimi Azərbaycan səfirliyinin təşəbbüsüdür və ödənişsiz fəaliyyət göstərir. Burada Azərbaycanın bütün əsas milli bayramları qeyd edilir, tədbirlər keçirilir, dərnəklər (məsələn, rəqs) təşkil edilir. Azərbaycan səfirliyi və Nizami Gəncəvi adına Mərkəz mart ayında Novruz bayramı ilə əlaqədar bayram tədbiri təşkil edib, bazar günü məktəbində oxuyanlar isə konsert proqramı ilə çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti