...

Azərbaycanda təhvil verilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1,3 dəfə artıb

Cəmiyyət Materials 31 Oktyabr 2014 15:16 (UTC +04:00)
Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində 2014-cü ilin doqquz ayının yekunlarına həsr edilmiş səyyar kollegiya keçirilib.
Azərbaycanda təhvil verilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1,3 dəfə artıb

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində 2014-cü ilin doqquz ayının yekunlarına həsr edilmiş səyyar kollegiya keçirilib.

Trend-in nazirliyin mətbuat xidmətinə istunadən verdiyi məlumata görə, müdafiə sənayesi naziri Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda qeyd olunub ki, bu ilin 9 ayında MSN-in müəssisələrində istehsal olunmuş məhsulların ümumi həcminin 86 faizini müdafiə və xüsusi təyinatlı, 14 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. Cari ildə təhvil verilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1,3 dəfə artıb.

2014-cü ilin Yaradılma Proqramına uyğun olaraq, Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən 66 mövzunu və 169 mərhələni əhatə edən elmi tədqiqat və təcrübi konstruktor işləri aparılır. Nazirliyin Elmi Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 10 mövzu üzrə elmi tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti