...

Gəncədə ağacəkmə kampaniyası davam edir (FOTO)

Cəmiyyət Materials 5 Dekabr 2014 15:32 (UTC +04:00)
Ulu öndər Heydər Əliyevin davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gündən-günə inkişaf edir, qüdrətlənir və dünyanın aparıcı dövlətləri sırasında nüfuzlu yer tutur.
Gəncədə ağacəkmə kampaniyası davam edir (FOTO)

Ulu öndər Heydər Əliyevin davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gündən-günə inkişaf edir, qüdrətlənir və dünyanın aparıcı dövlətləri sırasında nüfuzlu yer tutur. Ümummilli liderimizin siyasi kursuna daim sədaqətli olan gəncəlilər ölkə başçısının bütün tapşırıqlarını yüksək səviyyədə yerinə yetirir və cənab İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər.

Bu günlər ölkə rəhbəri cənab İlham Əliyevin doğum günü münasibətilə 53 min ağacın əkilməsi barədə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən irəli sürülən təşəbbüs mütəşəkkilliklə həyata keçirilir, gəncəlilər möhtərəm prezidentimizə hörmət və ehtiramlarını bir daha bariz şəkildə nümayiş etdirirlər. Kütləvi şəkildə davam edən kampaniyada şəhərin bütün idarə və müəssisə kollektivləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak edirlər. Hər gün Heydər Əliyev Park-Kompleksində, magistral yolların kənarlarında, Gəncə Hava Limanı istiqamətində, Nizami məqbərəsi ətrafında Gəncənin simvolu olan çinarlar, Eldar şamı, sərv və digər ağaclar əkilir.

Kampaniyanın başladığı gündən indiyə kimi 40 mindən çox ağac əkilib. Ağac əkilən ərazilərdə damcı suvarma qurğuları quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti