...

Gəncədə ağacəkmə kampaniyası davam edir (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2014 18:56 (UTC +04:00)
Gəncədə ağacəkmə kampaniyası davam edir.
Gəncədə ağacəkmə kampaniyası davam edir (FOTO)

Gəncədə ağacəkmə kampaniyası davam edir.

Prezident İlham Əliyevin doğum günü münasibətilə 53 min ağacın əkilməsi ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən irəli sürülən təşəbbüs mütəşəkkil formada həyata keçirilir. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı kampaniyanın gedişatı ilə tanış olur, ağac əkilən ərazilərə baş çəkir. İcra başçısı kampaniya çərçivəsində Heydər Əliyev parkında növbəti ağacı əkib.

Kütləvi şəkildə davam edən aksiyada şəhərin bütün idarə və müəssisələrinin kollektivləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Heydər Əliyev Park-Kompleksində, magistral yolların kənarlarında, Gəncə Hava Limanı istiqamətində, Nizami nəqbərəsi ətrafında Gəncənin simvolu olan xan çinar, şam, sərv və digər ağaclar əkilir. Aksiya zamanı əkilən ağaclara qulluq göstərilir və dibləri bərkidilir. Daha sonra ağaclar suvarılır və ətraf alaq otlarından təmizlənir. Bundan başqa, əvvəlcədən əkilən ağaclara da aqrotexniki qulluğun göstərilməsi davam edir.

Qeyd edək ki, kampaniya başladığı gündən indiyə kimi 40 mindən çox ağac əkilib. Aksiyaya 24 dekabr tarixində yekun vurulacaq və həmin gün 53 mininci ağac əkiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti