...

Tikinti şirkətinin vəzifəli şəxsləri saxtakarlıqla dövlət əmlakını mənimsəyiblər

Cəmiyyət Materials 29 Yanvar 2015 11:01 (UTC +04:00)
“Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Göygöl rayon filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
Tikinti şirkətinin vəzifəli şəxsləri saxtakarlıqla dövlət əmlakını mənimsəyiblər

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İlkin İzzət/

"Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin Göygöl rayon filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azəraqrartikinti" ASC-nin Göygöl rayon filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həmin cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı qeyd olunan ASC-nin Göygöl rayon filialının rəisi Aqil Mustafayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tanışı Akif Abbasov və digərləri vasitəsi ilə saxta sənədlər tərtib etməklə cəmiyyətə məxsus "Qonaq evi"nin 47.6 kvadrat metr sahəsini öz adına rəsmiləşdirməklə özgə əmlakını mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti