...

Bakıda ildırım çaxması halları 10 dəfəyədək artıb

Cəmiyyət Materials 5 Fevral 2015 14:01 (UTC +04:00)
Bakıda ildırım çaxması halları 10 dəfəyədək artıb. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan məlumat verılıb.
Bakıda ildırım çaxması halları 10 dəfəyədək artıb

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda ildırım çaxması halları 10 dəfəyədək artıb. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan məlumat verılıb.

İnstitutdan verilən məlumata görə, 1960-65-ci illərə qədər Bakıda ildırım ildə demək olar ki, bir-iki dəfə çaxırdı. Ancaq 2000-ci ildən sonra Bakıda ildırım çaxmalarının sayı artıb və ildə 10 dəfəyə qədər ildırım çaxması halı müşahidə olunur. Bu artım son dövrlərdə özünü göstərən iqlim dəyişmələrinin nəticələri ilə izah edilir.

Ancaq ümumilikdə Abşeron yarımadasında il ərzində ildırımlı günlərin sayı 1 gün və daha azdır.

Azərbaycanın Rusiya ilə sərhədində yerləşən Samur çayından başlayaraq, Qızılağac körfəzinə qədər bir il ərzində ildırımlı günlərin orta sayı 1 gündən azdır.

Kür-Araz ovalığının xeyli hissəsində (Şirvan düzü, Mil düzü, Muğan düzü və Salyan düzündə) il ərzində ildırımlı günlərin orta sayı 10-20, Qarabağ düzündə, Gəncə-Qazax düzünün bir hissəsində 20-30 gün arasında tərəddüd edir.

Naxçıvan Muxtar Respublikasının orta dağlıq hissəsində, Qanıx-Əyricay vadisində il ərzində ildırımlı günlərin orta sayı 30-40 gün olur.

Azərbaycanda ildırımlı günlər ən çox Kiçik Qafqazın şimal yamacında və şərq hissəsində müşahidə edilir. Burada il ərzində ildırımlı günlərin orta sayı 40 gün və daha çox olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti