...

Azərbaycanda kütləvi idman yarışları ilə bağlı qanunvericilik sərtləşdirilir

Cəmiyyət Materials 17 Fevral 2015 12:28 (UTC +04:00)
Azərbaycanda kütləvi idman yarışları ilə bağlı qanunvericiliyə bəzi dəyişikliklər edilir.
Azərbaycanda kütləvi idman yarışları ilə bağlı qanunvericilik sərtləşdirilir

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda kütləvi idman yarışları ilə bağlı qanunvericiliyə bəzi dəyişikliklər edilir.

Trend-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib ki, Avropa Oyunları və digər kütləvi idman tədbirləri ilə bağlı azarkeşlərin idmançılara qarşı zorakılıq etməsinin qarşısını almaq üçün "Bədən tərbiyəsi və idman haqqında" qanuna əlavə və dəyişikliklər edilir.

Komitənin iclasında qanuna hansı əlavə və dəyişikliklər edildiyi barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Rauf Əliyev öncə Trend-ə bildirib ki, dəyişikliklər idman yarışları və kütləvi idman tədbirlərinin keçirilməsi zamanı zorakılığın qarşısının alınmasını, ictimai təhlükəsizliyin və asayişin təmin edilməsini nəzərdə tutur.

Qanuna edilən digər əlavə və dəyişiklik isə bilet satışı ilə bağlıdır. H. Rəcəbli bildirib ki, bəzən idman yarışlarında bilet qabaqcadan alınır, sonradan qara bazarda başqa qiymətə satılır. Bu kimi neqativ halların qarşının alınması üçün qanuna dəyişikliklər edilir.

Xatırladaq ki, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Rauf Əliyev öncə Trend-ə bildirib ki, Azərbaycanda kütləvi idman yarışları zamanı biletləri əvvəlcədən ucuz alıb yarış öncəsi baha qiymətə satan insanlara qarşı maliyyə cəzası tətbiq edilə bilər.

R.Əliyev qeyd edib ki, biletlərin satışı ilə bağlı bütün məsələlərin qanun çərçivəsində tənzimlənməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu qaydalar Azərbaycanda keçiriləcək beynəlxalq yarışlara da tətbiq ediləcək.

Bu istiqamətdə görüləcək tədbirlərdən biri kimi, R.Əliyev elektron bilet satışının tətbiq edilməsini misal gətirib.

Bu qanun layihə komitədə müzakirə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti