...

Bakıda körpü və yollar yuyulur (FOTO+VİDEO)

Cəmiyyət Materials 7 Aprel 2015 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir İlkin İzzət/

Bakıda yağmurlu hava şəraitindən sonra avtomobil yollarında və körpülərdə təmizlik işlərinə start verilib.

"Azəryolservis" ASC-dən Trend-ə bildiriblər ki, artıq bir neçə gündür, xüsusi maşınların koməyi ilə bu proses davam etdirilir.

Xüsusi maddə yuyucu toz ilə qarışdırılaraq çirkli ərazilərə səpilir və bundan sonra xüsusi qurğu yerləşdirilmiş maşınlar vasitəsilə təzyiqli su verilərək nəzərdə tutulan yol elementləri yuyulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti