Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İlkin İzzət/
Bakı Dairəvi yolunun bir hissəsində təmir işləri yekunlaşıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, Birinci Avropa Oyunlarına hazırlıq dövründə nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər intensiv şəkildə davam etdirilir.
Artıq Bakı Dairəvi yolunun 9 km hissəsində təmir işləri başa çatdırılıb. Belə ki, yolun 14-cü km-dən 5-ci km-ə qədər olan hissəsində işlər yekunlaşıb. Yaxın günlərdə həmin hissə nəqliyyatın hərəkəti üçün açıq olacaq.