...

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar ağacəkmə kampaniyası keçirilib

Cəmiyyət Materials 6 May 2015 14:39 (UTC +04:00)
Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar ağacəkmə kampaniyası həyata keçirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar ağacəkmə kampaniyası keçirilib

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar ağacəkmə kampaniyası həyata keçirilib.

Trend-in məlumatına görə, Nərimanov Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası(YAP) və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən kampaniyada Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP rayon təşkilatının sədrləri, Milli Məclisin deputatları, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, eləcə də rayon ictimaiyyəti iştirak ediblər.

Kampaniya çərçivəsində ətraf ərazi tullantılardan təmizlənib, yaşıllığa qulluq edilib və 350-dən artıq müxtəlif növ ağac və kollar əkilib. Qeyd olunub ki, bu kimi ağacəkmə kampaniyalarını keçirməkdə əsas məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti