...

Azərbaycanda sürücülər tıxaclar barədə yeni metodla məlumatlandırılacaq

Cəmiyyət Materials 7 May 2015 16:17 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi sürücüləri avtomobil yollarındakı tıxaclar barədə məlumatlandırmağın yeni metodunu tətbiq edib.
Azərbaycanda sürücülər tıxaclar barədə yeni metodla məlumatlandırılacaq

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Hüseyn Vəliyev/

Mədəniyyət və Turizm Nazirliyi sürücüləri avtomobil yollarındakı tıxaclar barədə məlumatlandırmağın yeni metodunu tətbiq edib. Trend-in məlumatına görə, bunu brifinqdə Mədəniyyət və Turizm Nazirliyinin Texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov deyib.

Onun sözlərinə görə, yeni metod radiokanalların FM-tezliklərindən istifadəni nəzərdə tutur ki, bu da GoMap.az elektron xəritəsində avtomobil tıxaclarını interaktiv əks etdirməyə imkan verəcək.

GoMap.az elektron xəritəsi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə SİNAM şirkəti tərəfindən hazırlanıb.

Q.Abbasov qeyd edib: "GPS-məlumat internet və SMS ilə göndərilir ki, bu da xərc yaradır. Buna görə də FM-kanalların istifadəsini nəzərdə tutan yeni metod tətbiq edilib. Bununla da informasiya axını radiokanal vasitəsilə ötürülür ki, bu da heç bir xərc tələb etmir".

Onun sözlərinə görə, təcrübədə tıxaclar avtomobillərin radio qəbulediciləri vasitəsilə aşkar edilir: "Avtomobil yolunun bu və ya digər hissəsində tıxacın olması yolda hərəkətin sıxlığı ilə müəyyənləşdirilir. Avtomobillər yolun bu və ya digər hissəsində müəyyən vaxt dayanır ki, bu da avtomobil tıxaclarının olmasından xəbər verir. Tıxaclar haqqında bütün məlumat avtomatik olaraq elektron xəritədə əks olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti