...

"Maserati" və "Visionnaire Bakı" əməkdaşlığa başlayıblar

Cəmiyyət Materials 14 May 2015 18:20 (UTC +04:00)
"Maserati" və "Visionnaire Bakı" İtaliyanın Azərbaycandakı səfirliyinin himayəsi altında yeni tərəfdaşlıqlarını qeyd etmək münasibətilə "İtaliya istehsalı" adı altında mötəbər tədbir keçirdilər.
"Maserati" və "Visionnaire Bakı" əməkdaşlığa başlayıblar

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir Cəmilə Əliyeva/

"Maserati" və "Visionnaire Bakı" İtaliyanın Azərbaycandakı səfirliyinin himayəsi altında yeni tərəfdaşlıqlarını qeyd etmək münasibətilə "İtaliya istehsalı" adı altında mötəbər tədbir keçirdilər. Trend-in məlumatına görə, Bakı şəhərinin mərkəzində yerləşən "Visionnaire" salonun girişində sərgilənən "Maserati Ghibli" və "Maserati Quattroporte Elegant" tədbirə eksklüzivlik əlavə etdi.

Dj Elio Sançezin rəng qatdığı italyansayağı gecə kokteylə başlayıb "Scalini və "Vita Wine"ın əvəzsiz ziyafəti ilə davam etdi. İtaliya istehsalı və İtalyanın mükəmməl şirkətləri haqqında danışan İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo "Maserati"nin buna ən bariz nümunə olduğunu bildirib: "İtalyan mükəmməlliyini təbliğ edən və İtalyanın Azərbaycanda necə sevildiyini bir daha təsdiq edən bu tədbirdə iştirak etməkdən çox məmnunuq. İtalya və Azərbaycan arasında biznes əlaqələrinin genişlənməsi iki ölkə arasındakı siyasi və iqtisadi əlaqələri də inkişaf etdirir və gücləndirir".

"Visionnaire"in direktoru Hüseynov bildirib: "Dəbdəbə, stil və keyfiyyət "Visionnaire" brend fəlsəfəsinin əsas dəyərləridir. Ötən onillik ərzində bu görkəmli, dünya səviyyəli lüks italyan mebel brendi özünəməxsus üslub və kübarlığı ilə önə çıxıb. Visionnaire yaşayış evləri, ofislər və digərlərinə müştərinin bütün tələb və zövqlərini nəzərə alaraq tam konsept həlli təklif etməklə interyer dizaynına yeni yanaşma gətirir".

"Maserati Azərbaycan"ın direktoru Mahmudovun sözlərinə görə, "Maserati" gücü, zərifliyi və eksklüziv italyan stilini özündə cəmləşdirir.

Bunları təcrübədən keçirmək mqəsədilə sözügedən salonda sınaq sürüşlərinə qeydiyyatdan keçmək üçün "Maserati" guşəsi ayrılmışdı.

"Maserati" ən heyranedici, ənənələrə və idman uğurlarına malik avtomobil istehsalı şirkətlərindən biridir. 1914-cü ildə təməli qoyulmuş və 2005-ci ildən Fiat Group - FCA-nın bir hissəsi olmuşdur. Trident-in sahibi idman və lüks avtomobillər sektorunda nüfuzlu brenddir. O, dünyanın 70-dən artıq ölkəsində italyan zərifliyi, eleqantlığı və stilini təcəssüm etdirməkdə davam edir. Hazırda Viale Ciro Menotti, Modena, and the Maserati Avv. Giovanni Agnelli Plant, 30 yanvar 2013-cü ildə təməli qoyulmuş təsislər avtomobillərin yüksək texniki və keyfiyyət standartlarına uyğun olduqlarına zəmanət verirlər.

Nəticədə "Quattroporte" və "Ghibli" cəlbedici və bazar tələblərinə tamamilə cavab verə biləcək məhsul təklif etməklə "Maserati"nin əldə etdiyi naliyyətlərə öz töhfələrini verirlər.

Hər iki avtomobil benzin və dizel mühərliklərlə, eləcə də Q4 ağıllı 4 ötürücülü sistemlə təklif olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti