...

Ramazan bayramında telefonunuz bağlanmayacaq

Cəmiyyət Materials 16 İyul 2015 15:35 (UTC +04:00)
Ramazan bayramında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rabitə xidməti borclarını ödəməyən abunəçilərin telefonları şəbəkədən açılmayacaq.
Ramazan bayramında telefonunuz bağlanmayacaq

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Azad Həsənli/

Ramazan bayramında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rabitə xidməti borclarını ödəməyən abunəçilərin telefonlarını şəbəkədən ayırmayacaq.

Bu barədə Trend nazirliyin saytında dərc olunan məlumata əsasən xəbər verir.

Məlumatda deyilir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ramazan bayramı münasibətilə əhalinin telekommunikasiya, o cümlədən internet və mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin edilməsinə dair rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.

Bayram günlərində məsul növbətçilər təşkil edilməklə telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin tam aradan qaldırılması, internetə çıxış sürətinin tələbata uyğun təmin olunması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi və bu kimi məsələlər üzrə müvafiq tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti