...

Bakı teleqülləsinin yanğından mühafizəsi gücləndirilib

Cəmiyyət Materials 30 İyul 2015 15:44 (UTC +04:00)
Bakı Teleqüllə Kompleksinin yanğın təhlükəsizliyinin tam təmin edilməsi məqsədilə kompleksdə “İntellektual ünvanlı yanğından mühafizə siqnalizasiya” sistemi quraşdırılaraq istismara verilib.
Bakı teleqülləsinin yanğından mühafizəsi gücləndirilib

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Bakı Teleqüllə Kompleksinin yanğın təhlükəsizliyinin tam təmin edilməsi məqsədilə kompleksdə "İntellektual ünvanlı yanğından mühafizə siqnalizasiya" sistemi quraşdırılaraq istismara verilib. Bu barədə Trend "Teleradio" İstehsalat Birliyinin (İB) saytına istinadən məlumat verir.

Sistemdə 764 ədəd tüstüdən optik-elektron intellektual yanğın söndürmə xəbərverici (analoq ünvanlı) quraşdırılıb. Yeni sistemin test yoxlama işləri məqsədilə yanğın və tüstü, xəbərverici detektorun çıxarılması və qısa qapanma yolu ilə texniki müayinəsi aparılıb. Nəticədə yeni sistemin dayanıqlığı normativə uyğun qiymətləndirilib.

Kompleksin -26 səviyyəsindən +70 səviyyəsinə qədər əlavə 64 ədəd görüntü kamerası quraşdırılıb və 24/7 saatlıq daimi nəzarət həyata keçirilir. Bundan başqa, 20 ədəd müxtəlif növlü odsöndürən balon və 32 ədəd tam komplektli (F-51 püskürücü, F-51 kranlı başlıq, 20 metrlik içi rezinli şlanq) bir qapılı şkaf alınaraq kompleksin mərtəbələrində su kranları olan yerlərdə quraşdırılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 091 saylı, 31.03.2014-cü il tarixli qərarı ilə "Teleradio" İB-nin "Teleqüllə" kompleksi "Azərbaycanın mühafizə olunmalı, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərinin siyahısı"na daxil edilib. Qeyd edilən qərara uyğun olaraq, "Teleqüllə" kompleksində yanğına qarşı siqnalizasiya və yanğınsöndürmə sistemlərinin quraşdırılmasına, yanğınsöndürmə avadanlıqlarının, ilkin yanğınsöndürmə vasitələrinin alınmasına və təmirinə, yanğın təhlükəsizliyi qaydalarına və normalarına, standartlarına riayət etməyə daim ciddi nəzarət edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti