Azərbaycanda qeyri-İslam dini qurumlarına 400 min manat vəsait ayrılıb (FOTO)

Azərbaycanda qeyri-İslam dini qurumlarına 400 min manat vəsait ayrılıb (FOTO)

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda DQİDK-nın sədri Mübariz Qurbanlı hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, Komitə cari ilin birinci yarısında vəzifəsindən irəli gələn funksiyaların həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirib, mövcud qanunvericiliyi, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutub, milli və dövlətçilik maraqlarının qorunmasını prioritet hesab edib: "Hesabat dövrü fəaliyyətimizdə effektivliyin və operativliyin artırılması, eləcə də dövlət-din münasibətlərinin daha səmərəli təşkilinin təmin edilməsi məqsədilə Komitədə aparılmış struktur dəyişikliyi ilə yadda qalıb. Belə ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Dövlət Komitəsinin Əsasnaməsinə edilmiş dəyişikliyə uyğun olaraq, əvvəlki 9 bölgə şöbəsinin əsasında müvafiq dislokasiyalar üzrə yeni 15 bölgə şöbəsi, Komitənin mərkəzi aparatında 3 şöbə və 3 sektor yaradılıb. Eyni zamanda, Komitənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində zəruri işlər görülüb".

Qeyd edilib ki, hesabat dövründə Komitənin fəaliyyət sahələrinə uyğun olaraq çoxsaylı tədbirlər həyata keçirilib. Dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinə nəzarətin gücləndirilməsi, radikal cərəyan və təriqətlərin fəaliyyətinin aşkarlanması, dini obyektlərin tikintisi barədə məlumatların yenilənməsi, dini təhsil müəssisələrinin fəaliyyətinin araşdırılması və əlamətdar dini mərasimlərlə bağlı tədbirlər görülüb. Din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasına qarşı mümkün vasitələrlə mübarizə davam etdirilib, bu istiqamətdə qabaqlayıcı, profilaktik və inzibati tədbirlər həyata keçirilib.

Vurğulanıb ki, Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Nazirlər Kabinetinin müvafiq tapşırıq və tövsiyələrini nəzərə almaqla işini günün tələblərinə uyğun qurub, aidiyyəti dövlət qurumları ilə əlaqəli fəaliyyət göstərib. Həyata keçirilmiş birgə tədbirlər nəticəsində ölkədə dini radikalizmlə mübarizə, qeyri-qanuni ibadət yerlərinin fəaliyyətinin dayandırılması, dini nifrəti və ayrı-seçkiliyi ehtiva edən, eləcə də ölkəyə qeyri-qanuni idxal edilmiş dini təyinatlı ədəbiyyat və məmulatların satışının qarşısının alınması istiqamətində ciddi uğurlar əldə edilib. Ölkəyə qeyri-qanuni idxal olunmuş və ya respublika ərazisində istehsal edilən, dini nifrəti və ayrı-seçkiliyi ehtiva edən ədəbiyyat və məmulatların satışının qarşısının alınması məqsədilə də mütəmadi tədbirlər həyata keçirilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın gərgin səyləri və zəhməti nəticəsində yüksək səviyyədə keçirilmiş birinci Avropa Oyunlarında iştirak edən idmançıların və digər qonaqların dini tələbatının ödənilməsi məqsədilə Olimpiya Kəndinə müxtəlif dini konfessiyalardan din xadimlərinin cəlb edilməsi istiqamətində işlər uğurla həyata keçirilib. Həmin din xadimləri Dövlət Komitəsindən olan nümayəndələrin rəhbərliyi altında Olimpiya Kəndində olub, iştirakçıların dini ayinlərinin həyata keçirilməsi ilə bağlı tələbatları yüksək səviyyədə ödənilib.

Cari dövrdə "Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılmış 2,5 milyon manat vəsaitdən müsəlman və qeyri-müsəlman dini qurumlarına ayırmalar həyata keçirilib. Həmin vəsaitin bölgüsü zamanı Komitədə yenidən dövlət qeydiyyatından keçmiş qeyri-müsəlman təmayüllü dini qurumlar və onların təəssübkeşlərinin sayı nəzərə alınıb. Ümumilikdə qeyri-İslam dini qurumlarına 400 min manat vəsait ayrılıb. Həmçinin ayrılmış maliyyə vəsaitinin bölüşdürülməsi məqsədilə dini icmalardan milli mənəvi dəyərlərimizin təbliğinə, dini maarifləndirmə işinin aparılmasına, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasına xidmət edən layihələrin qəbuluna başlanılıb və layihələrlə bağlı müvafiq ekspert rəyi verilməsi üçün Komitədə qiymətləndirmə komissiyası yaradılıb. Hesabat dövründə qiymətləndirmə komissiyası bir qrup dini icmanın layihəsinə baxıb və müsbət rəy verdikdən sonra Komitə həmin layihələri maliyyələşdirib. Hazırda bu istiqamətdə işlər davam edir.

Komitə cari ilin birinci yarısında milli maraqlarımıza zidd, qeyri-ənənəvi dini cərəyanların yayılmasının qarşısını almaq üçün qabaqlayıcı amil kimi maarifləndirmə tədbirlərinə üstünlük verib. Hesabat dövründə bu məqsədlə bir sıra tədbirlər həyata keçirilib. Belə tədbirlərdən biri kimi "Ənənəvi İslam dəyərləri və müasirlik" mövzusunda 12 regional konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Dövlət Komitəsinin müvafiq şöbələri sıx əməkdaşlıq edir, birgə tədbirlər təşkil olunur.

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında ölkə gənclərinin milli mənəvi, ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə bağlı nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə Komitə müvafiq dövlət qurumları ilə birgə silsilə xarakterli maarifləndirici tədbirlər keçirib.

Dini qurumların dövlət qeydiyyatına alınması prosesi cari ilin altı ayında da davam etdirilib, onların ümumi sayı 632-yə çatıb. Ötən dövrdə 672 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 147 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Cari ilin birinci yarısında ölkədə dini durumun təhlili də həyata keçirilib, zərərli dini cərəyanların təbliğat üsul və metodlarının analizi, bu cərəyanların təbliğində geosiyasi amillərin rolu, zərərli cərəyanların ölkədə yayılma coğrafiyası və hədəfə aldığı sosial bazanın xarakterik cəhətləri, eləcə də bütün bunlardan yarana biləcək mümkün təhdidlər araşdırılıb, həmçinin ayrı-ayrılıqda fərqli din və məzhəblərə mənsub cərəyan ardıcıllarının etiqadi baxışlarının davranışlarındakı təzahür formaları təhlil edilib. Regionlarda vətəndaşların qəbul günləri qrafikinə uyğun olaraq respublikanın 6 bölgəsində vətəndaşlar Komitə sədri tərəfindən qəbul edilib. Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerində həll edilib, bəziləri isə nəzarətə götürülərək həlli istiqamətində müvafiq iş aparılıb.

Bildirilib ki, hesabat dövründə xarici əlaqələr sahəsində işlər davam etdirilib, Komitə tərəfindən ölkəmizin tolerantlıq, dinc birgəyaşayış təcrübəsinin yayılması, müttəfiq ölkələrlə radikal dini qruplara və təriqətlərə qarşı birgə mübarizə aparılması, Ermənistanın təcavüzkarlıq siyasətinin pislənilməsi məqsədilə təbliğat xarakterli tədbirlər planlı şəkildə həyata keçirilib.

Diqqətə çatdırılıb ki, görülən bütün bu işlərlə yanaşı, dini durumdakı bəzi nöqsanların tam şəkildə aradan qaldırılması hələ də mümkün olmayıb. Belə ki, dini icmalarla işin günün tələblərinə uyğun qurulması, onların aktiv fəaliyyətinin təmin edilməsi, bütün ibadət evlərində sağlam dini mühitin formalaşdırlması qarşımızda duran əsas vəzifələrdir. Bütün hallarda kənar təsirlərə qarşı mübarizə daha da gücləndirilməlidir. Dindən bir vasitə kimi yararlanmağa çalışan xarici dairələrin ideoloji həmlələri qarşısında hər birimiz sayıqlığımızı daha da artırmalıyıq.

Daha sonra Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev çıxış edərək deyib ki, Azərbaycanda din və vicdan azadlığı tam şəkildə təmin edilib, dindarlar üçün hər cür şərait yaradılıb.

Bildirilib ki, bu gün Naxçıvan Muxtar Respublikasında da milli mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, dini bayramlarımız yüksək səviyyədə qeyd edilir, ziyarətgahlarımız, məscidlərimiz təmir və ya bərpa olunur. Muxtar respublika ərazisində 209 məscid, 16 dini icma fəaliyyət göstərir. Qeydiyyatdan keçmiş 638 din xadiminə hər biri iki dəstdən ibarət yay və qış geyim forması pulsuz olaraq verilib, onların dini sahədə biliklərinin artırılması məqsədilə Naxçıvan şəhərində və rayonlarda təkmilləşmə kursları təşkil olunub.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında dini bayramlar, ayinlər və yas mərasimlərinin milli mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsi məqsədilə bir sıra tədbirlər görülüb. Məscidlərdə İslam dininin əsaslarına uyğun olaraq ibadətlər təşkil edilir. Tolerantlıq prinsipləri ciddi şəkildə qorunur. Müxtəlif məzhəblərə mənsub insanların məscidlərdə birgə ibadət etmələri təmin olunub, radikal və dini nifrət yayan cərəyanlara qarşı müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə bölgələrdə maarifləndirmə işləri aparılıb.

Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi məqsədilə hər ay Naxçıvan şəhərindəki "Heydər" məscidində icma rəhbərləri ilə iclaslar təşkil olunur.

Vurğulanıb ki, 2014-cü il avqustun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə Muxtar Respublikada dövlət orqanlarının dini qurumlarla qarşılıqlı fəaliyyətinin təşkil edilməsi, multikulturalizm və dövlət-din münasibətlərinin daha dolğun tənzimlənməsi məqsədilə multikulturalizm və dini məsələlər üzrə komissiyalar yaradılıb. Muxtar Respublikada İslam dini üzrə ixtisaslı kadrların hazırlanması üçün 2015-ci ildə "Naxçıvan" Universitetində dinşünaslıq ixtisası açılıb.

Dövlət Komitəsinin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxış edərək Ramazan ayı ilə bağlı təşkil edilən tədbirlərdən, Komitənin keçirdiyi monitorinqlərdən danışıb.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev çıxış edərək bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf edir. Milli-mənəvi dəyərlərin inkişafına dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir.

Dövlət müşaviri deyib ki, əsas məsələ məscidlərdə, dini müəssisələrdə ümumi maarifçilik prinsiplərinin qoyulmasıdır: "Ümumi maarifçilik bu gün bizim dindarlarımıza da, məscid əhlimizə də lazımdır. Məscidlərdə təkcə dini kitab yox, dünyəvi kitablar da olmalıdır. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi vasitəsilə bu istiqamətdə iş aparmaq, məscidləri mütəmadi olaraq dünyəvi kitablarla zənginləşdirmək olar. Məscidlərdə böyük klassiklərimizin əsərləri olmalıdır".

Din xadimlərinin, xüsusilə gənc din xadimlərinin qruplar şəklində xaricə səfərlərə göndərilməsinin önəmini qeyd edən K.Abdullayev bildirib ki, bu cür elmi və dini səfərlərin təşkil edilməsi onların dünya dinləri haqqında təsəvvürlərini, biliklərini artırar. Maarifçilik nöqteyi-nəzərindən, intellektual səviyyənin yüksəldilməsi baxımından bu məsələ əhəmiyyətlidir.

Dövlət müşaviri radikalizmlə, zərərli dini ədəbiyyatla ciddi mübarizə aparıldığını da diqqətə çatdırıb. Əlavə edib ki, bu mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir.

Multikulturalizmin Azərbaycanın dövlət siyasətində prioritet istiqamət olduğunu vurğulayan K.Abdullayev "Azərbaycan multikulturalizmi" fənninin 7 xarici ölkə universitetlərində tədrisi barədə məlumat verib, bu universitetlərin sırasına növbəti semestrdən bir sıra Avropa universitetlərinin də daxil olacağını diqqətə çatdırıb.

Dövlət müşaviri ölkəmizdə bütün etnik qruplar və müxtəlif dinlərə mənsub olan insanların sülh içərisində yaşadıqlarını deyib. O, Azərbaycanda məscidlərlə yanaşı, çoxlu sayda kilsə və sinaqoqların normal fəaliyyət göstərdiyini vurğulayıb. Əlavə edib ki, Azərbaycanda dini və milli zəmində ayrı-seçkiliyin izi belə yoxdur.

İclasda cari ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Dövlət Komitəsinin hesabat dövründə gördüyü işlər qənaətbəxş hesab edilib.

Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)
Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk - Rusiya XİN başçısı
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk - Rusiya XİN başçısı
Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov
Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov
Loading Bars
Xəbər lenti
İsrail Qəzza zolağının bəzi şəhərlərinə raket zərbələri endirir
Argentinada koronavirusun Cənubi Afrika və Hindistan ştammlarına yoluxma halları aşkar edilib
Türkiyə İsrailin Şərqi Qüdsdə fələstinlilərə qarşı hərəkətlərini pisləyib
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub
Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk - Rusiya XİN başçısı
Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov
Prezident İlham Əliyev: Bizdə olan bütün hərbi əsirləri vermişik
Prezident İlham Əliyev: Revanşizm qoxusu verən bəyanatları Ermənistan üçün təhlükəlidir
Prezident İlham Əliyev: Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir
Prezident İlham Əliyev: Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik
Prezident İlham Əliyev: Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir
Ombudsmanın regional mərkəzləri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbirlər təşkil ediblər (FOTO)
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Kürdəmirdə "Mercedes" yanıb
Ermənistan parlamenti ikinci dəfə baş naziri seçə bilməyib
Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)
Azərbaycanın var olması Heydər Əliyevin adı ilə bağlıdır - Deputat
Ermənilərin növbəti feyk xəbəri ifşa edildi (FOTO)
"Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda anım tədbiri keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ramazan bayramı münasibətilə şəhid məzunların ailələrini ziyarət ediblər (FOTO)
Zalsburqdakı Azərbaycan Evində ulu öndər Heydər Əliyev yad edilib (FOTO)
Bu gün Qubada “Azərbaycan-Türkiyə Qardaşlıq Parkı”nın açılışı olub (FOTO)
Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Quba rayonuna səfər edib
Ulu Öndərin anadan olmasının növbəti ildönümü günündə azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib (FOTO/VİDEO)
MÜSİAD Azərbaycan idarə heyəti Qubada Heydər Əliyev mərkəzini ziyərət ediblər (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistanın dəmir yollarına sahibdir, bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik
Prezident İlham Əliyev: Ulu Öndərin siyasi müdrikliyi ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq
Krasnoyarskın "TBK" telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər
Prezident İlham Əliyev: Bu səfərin çox böyük rəmzi mənası var
Prezident İlham Əliyevdən Ermənistandakı revanşistlərə xəbərdarlıq: Odla oynamasınlar
Prezident İlham Əliyev Kanada və Fransa XİN-nin bəyanatını kəskin tənqid etdi: Gedin, öz işlərinizlə məşğul olun
Prezident İlham Əliyev: Naxçıvan ordusunda olan hərbi texnika bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür
Prezident İlham Əliyev: Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur
Samsung sizi Bespoke Home yeni məişət texnikasının təqdimatına dəvət edir
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılışında iştirak ediblər (FOTO)
İsraildə prezident seçkilərinin vaxtı açıqlanıb
Yaponiya bu il ilk koronavirus peyvəndini istehsal edəcək
Stokholmda ulu öndər Heydər Əliyevin 98-ci ildönümü qeyd edilib (FOTO)
Mübariz Qurbanlı: Vətən müharibəsində əldə olunan tarixi qələbə Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut etdi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Prezident İlham Əliyev: Bu gün mən mütləq Ulu Öndərin Vətənində olmalı idim
Azərbaycanda son sutkada 371 nəfər koronavirusa yoluxub, 892 nəfər sağalıb, 18 nəfər vəfat edib (ƏLAVƏ OLUNUB)
Prezident İlham Əliyev: Bir neçə ildən sonra Naxçıvanda içməli su layihələri 100 faiz həll olunacaq
Yaponiyada görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş veriliş yayımlanıb (FOTO)
Qazaxıstanda koronavirusa daha 2 142 nəfər yoluxub
Ermənistanda əsgər valideynləri Koçaryanı qəbiristanlıqdan qovdular (VİDEO)
DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad ediblər (FOTO)
Heydər Əliyev dünya miqyaslı şəxsiyyət olub və bütün sahələrdə fenomenal biliklərə sahib olub - Sakit Məmmədov
Paşinyan İkinci Qarabağ müharibəsini öz hakimiyyətinin ən böyük problemi adlandırıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Abşeronda genişmiqyaslı ağacəkmə kampaniyası keçirilib (FOTO)
Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
Azərbaycana köç edən nadir çöl quşlarının ovu qadağan edilir - ETSN
Lavrovun Azərbaycana səfərinin proqramı açıqlanıb
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO/VİDEO)
Heydər Əliyev müstəqil Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas edib - İqor Korotçenko
DSX-nin bütün hərbi hissə və bölmələrində Ümummilli Liderin anadan olmasının 98-ci ildönümü qeyd olunub (FOTO)
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb (FOTO)
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin yeni ofisinin açılışı olub (FOTO)
Azərbaycanda 400-dən çox quş növü müəyyənləşib - Nazirlik
İki nəfəri tüfənglə yaralayan Şəmkir sakini saxlanılıb
Küveytin iri neft yatağında yanğın olub - Xəsarət alanlar var
Heydər Əliyevin Azərbaycanın həyatının bütün istiqamətlərində nəhəng əməyini və təsirini qiymətləndirmək çox çətindir - Natiq Rəsulzadə
Kəndlərin minalardan təmizlənməsinə Ağdamdan başlanılacaq - İcra başçısı (VİDEO)
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (YENİLƏNİB) (FOTO/VİDEO)
Ölkə ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir (FOTO)
İranda koronavirusdan ölənlərin sayı 75 mini keçib
Səbaildə keçirilən ağacəkmə aksiyasında 300-dən çox ağac və gül kolları əkilib (FOTO)
“Azərsun Holdinq” Ulu Öndərin məzarını ziyarət edib (FOTO)
Qaradağda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə silsilə tədbir keçirilib (FOTO)
Minatəmizləmə işinin sürətlənməsi üçün yeni texnikalar gətirilir - Agentlik sədri (VİDEO)
Prezident İlham Əliyev Ordubad dəmir yolu stansiyasında görülən işlərlə tanış olub (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev Ordubadın su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin açılışında iştirak edib (FOTO) (YENİLƏNİB-2)
Bu il Ceyhan terminalından 70 milyon bareldən çox AÇG nefti yola salınıb
Vətən müharibəsində Zəfər ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir - İsa Həbibbəyli
Güclü külək Ağcabədidə fəsadlar törədib (VİDEO)
Paşinyanın kortejində qəza olub - Xəsarət alanlar var
Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub (FOTO) (YENİLƏNİB)
Yetkinlik yaşına çatmayanlara siqaret satan mağazalar aşkarlanıb
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir (FOTO)
Prezident İlham Əliyev Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)
Ağdamda Ulu öndərin doğum günü münasibətilə ağacəkmə kampaniyası keçirilib (FOTO)
Bu ərazilərə qar yağıb - Faktiki hava
Parlamentdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunub (FOTO)
Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
Xaçmaz rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib
Hacıqabul sakinindən narkotik və odlu silah götürülüb
Ermənistanın mülki əhaliyə qarşı cinayətləri ilə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb - Kamran Əliyev
Xəstəxanalardakı qanunsuzluqlarla əlaqədar istintaq davam etdirilir - Baş prokuror
Sabah arabir yağış yağacaq, şimşək çaxacaq
Qarabağda vuruşmuş erməni terrorçuları ilə bağlı cinayət işi yekunlaşmaq üzrədir - Kamran Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi Ümummilli Liderin xatirəsini yad edib (FOTO/VİDEO)
Prezident İlham Əliyev Naxçıvanda Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)
Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib (FOTO)
Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak edib (FOTO)
Prezident İlham Əliyev Naxçıvan şəhərində “ASAN xidmət” binasının tikintisi ilə tanış olub (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət edib (FOTO)
Bütün xəbərlər