...

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb

Cəmiyyət Materials 14 Avqust 2015 10:55 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə avqustun 14-dən 19-dək ixtisas seçimi aparılır.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə avqustun 14-dən 19-dək ixtisas seçimi aparılır.

Trend TQDK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, I qrup ixtisaslarının boş qalan yerlərinin müsa­biqəsində ümumi balı 200-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

"Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları və sis­temləri mühəndisliyi", "Elektronika, telekom­munikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən, "Kompüter elmləri", "Geologiya" ixtisasları üzrə müsabiqədə ümumi balı 300-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

II qrup ixtisaslarının boş qalan yerlərinin müsabiqəsində ümumi balı 200-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

III qrup ixtisaslarının boş qalan yerlərinin müsabiqəsində ümumi balı 200-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

"Jurnalistika" ixtisasının müsabiqəsində ana dili və ədəbiyyat fənlərinin hər biri üzrə ayrılıqda nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Azərbaycan Dillər Universitetinin "Tərcümə (dillər üzrə)" ixtisasının müsabiqəsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan "Jurnalistika" ixtisasının müsabiqəsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Bakı Dövlət Universitetinin "Filologiya (alman dili və ədəbiyyatı)" ixtisasının müsabiqəsində alman dili fənni üzrə nisbi balı 40-dan az olmayan, "Filologiya (fransız dili və ədəbiyyatı)" ixtisasının müsabiqəsində isə fransız dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universi­te­tinin "Tərcümə (dillər üzrə)" ixtisası və Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan "Jurnalistika", "Filologiya (alman dili və ədəbiyyatı)", "Filologiya (fransız dili və ədəbiyyatı)" ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

IV qrup ixtisaslarının boş qalan yerlərinin müsabiqəsində ümumi balı 200-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan "Kimya" və "Ekologiya" ixtisaslarının müsabiqəsində ingilis dili fənni üzrə attestat qiyməti "5" olan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Müsabiqənin I mərhələsində qəbul olan abituriyentlərin ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək hüququ yoxdur.

Qeyd edək ki, ali təhsil müəssisələrinə I mərhələdə qəbul olmayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin də ixtisaslarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 8-ci sayında dərc olunub.

İxtisas seçmək hü­ququ olan abituriyent ali təhsil müəs­sisə­ləri­nin və orta ixtisas təhsili müəssisələ­rinin 20-dək ixtisas kodu­nu seçib, onları http://eservices.tqdk.gov.az/erizebak/ixtisas2 inter­net ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisas kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təh­silini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni virtual ödəmə kartını alır və onun şifrindən istifadə edir.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti