...

Azərbaycanda təhsil haqqını onlayn ödəmək mümkün olacaq

Cəmiyyət Materials 11 Sentyabr 2015 16:03 (UTC +04:00)
Azərbaycan dövlət ali məktəblərinin ödənişli fakültələrinin tələbələri təhsilə görə ödənişi dövlət ödəniş portalı vasitəsilə (gpp.az) onlayn rejimdə həyata keçirə biləcəklər.
Azərbaycanda təhsil haqqını onlayn ödəmək mümkün olacaq

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan dövlət ali məktəblərinin ödənişli fakültələrinin tələbələri təhsilə görə ödənişi dövlət ödəniş portalı vasitəsilə (gpp.az) onlayn rejimdə həyata keçirə biləcəklər.

Trend-in məlumatına görə, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin təşkil etdiyi brifinqdə Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablamaları departamentinin direktor müavini Vahid Qurbanlı deyib.

Onun sözlərinə əsasən, yaxın ay ərzində xidmət portala inteqrasiya ediləcək: "Tələbələrə ödəniş etmək üçün xüsusi kod veriləcək. Onlar dövlət ödəniş portalı, bank şöbələri və ya poçt rabitəsi ilə ödənişi həyata keçirəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti